Heydər Əliyev Beynəlxalq Hava Limanındakı uçuş yeməklərinin hazırlanması bölməsi (Sahəsi 6 800 kvadrat metr istehsal sahəsi + 1 200 kvadrat metr ofis sahəsi, 530 əməkdaş), Sky Catering-in Gəncə Beynəlxalq Hava Limanında uçuş yeməklərinin hazırlanması bölməsi (Sahəsi 600 kvadrat metr və 17 əməkdaş), Lənkəran Beynəlxalq Hava Limanında uçuş yeməklərinin hazırlanması bölməsi (Sahəsi 130 kvadrat metr və 6 əməkdaş), camaşırxanası (Sahəsi 780 kvadrat metr və 28 əməkdaş), anbar sahələri (Sahəsi 1300 kvadrat metr və 7 əməkdaş), Aviaşirkətlər üçün Məişət Sexi (Sahəsi 940 kvadrat metr və 146 əməkdaş). Sky Catering-in avtoparkı 29 avtomobil və yük maşınından ibarətdir. Onlardan 11-i xüsusi təyyarə xidməti maşınıdır (Hi-Loader), 18-i isə adi yük maşınıdır.