“Sky Catering” Azərbaycanda yüksək keyfiyyətli iaşə xidmətləri göstərən ən böyük şirkətlərdən biridir.
“Sky Catering”in peşəkar komandası böyük məmnuniyyətlə müştərilərinə yüksək keyfiyyətli, müxtəlif çeşidli və təhlükəsiz qida məhsullarını təqdim edir. Şirkətin yemək çeşidlərinə isti yeməklər, desertlər, soyuq qəlyanaltılar, biznes-lançlar və s. daxildir.
“Sky Catering”in sexləri beynəlxalq standartlara uyğun olaraq müasir və yüksək texnoloji avadanlıqlarla təchiz olunmuşdur, bütün proseslər səriştəli və səmərəli şəkildə təşkil edilmişdir.
Keyfiyyət sistemi istehsalın bütün mərhələlərində ən yüksək nəzarəti, yüksək ixtisaslı personalı, məhsul tədarükçülərinin seçimini, təyyarədə təqdim olunan qidanın saxlanılması, hazırlanması, komplektləşdirilməsini və s. əhatə edir.