Əziz dostlar, nəhayət, planetimizin müxtəlif ölkələrindən gələn reyslərə yeməklər təklif edən keytrinq xidmətimizin aşpazları tərəfindən hazırlanan təamların dadına baxa biləcəyiniz o an gəldi. Bu saytda sevgi ilə, zövqlə və, ən əsası, gigiyena və qida məhsullarının təhlükəsizliyi üzrə bütün qayda, norma və standartlara riayət edilməklə hazırlanmış yeməkləri seçə bilərsiniz.

İndi isə 1997-ci ildən uğurla fəaliyyət göstərən sevimli və dadlı “ASG Sky Catering” şirkətimiz haqqında qısa məlumat vermək istərdik. Seximizin əsas fəaliyyəti dünyanın ən gözəl və müasir hava limanlarından birinə - Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarələrə qidanın təqdim edilməsindən ibarətdir. Lakin “ASG Sky Catering” şirkətinin fəaliyyəti genişdir, burada həmçinin peşəkar təmizlik xidmətlərini, yuma və kimyəvi təmizləmə xidmətlərini təqdim edirik.

2009-cu ilin iyun ayında şirkətimiz üçün əlamətdar hadisə baş vermişdir, mütəxəssis tövsiyələri və əlbəttə ki, təcrübəmiz nəzərə alınmaqla xüsusi layihə üzrə inşa edilmiş yeni binaya köçməyimizi qeyd etmişdik. Sex istehsal prosesinin fasiləsiz davam etməsini təmin edir və qida məhsullarının ətraf mühitdən və ya digər məhsullardan kirlənməsi riskini aradan qaldırır. Ən əsası, seximiz ən keyfiyyətli Fransa avadanlığı ilə təchiz edilmişdir.

Tolerant və beynəlmiləl kollektivimiz var, öz işinin peşəkarları ilə işləməkdən məmnunuq, onlardan bir çoxu sexin açıldığı gündən, 20 ildən artıq müddətdir ki, çalışır və bir çox mükafat, sertifikat, diplomlara və s. malikdir.

Seximiz də bir çox mükafat, sertifikat və diplomlara layiq görülmüşdür.

Məsələn, 2010-cu ilin fevral ayında şirkətimiz 100 meyardan 96-sında ideal nəticələr göstərərək Böyük Britaniyanın “Beynəlxalq Qida Təhlükəsizliyi Təşkilatı”nın («International Food Safety Organization») beynəlxalq sertifikatı ilə təltif olunmuşdur. Şirkət həmçinin ISO 22000:2005 üzrə (Food Safety Management System, Qida Təhlükəsizliyini İdarəetmə Sistemi, Almaniya) sertifikata malikdir.

2015-ci ildə “Bakıda Avropa Oyunları”, 2017-ci ildə “Bakıda İslam Oyunları”, 2019-cu ildə “Jara” festivalı kimi iri beynəlxalq yarış və festivallarda qida və klininq xidmətləri üzrə tenderləri qazanmışıq.

Aviaşirkətlərdən əlavə, “Halliburton”, “Azercell”, “AzVirt”, “Gazelli Group”, “Sabina Parfumeri” və digər bir çox tanınmış şirkətlərə keytrinq xidmətləri (furşet, ziyafət) təqdim edirik.

Sizi müştərilərimiz sırasında görməyə şad olarıq!